"Mançester Yunayted"in yeni transferi Anhel di Mariya sabiq komanda yoldaşı Kriştianu Ronaldo haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, bu yaydək Madriddə qalmasının əsas səbəbi kimi məhz portuqal qolçunu göstərib:
 
"Düzünü desəm, ötən mövsüm Ronaldo sayəsində "Real"da qaldım. Onunla çox yaxşı dostluğumuz var. O, Madriddən ayrılmağımı istəmirdi. "Real"dan yaxşı şəkildə ayrıldığımı düşünürəm. "Mançester Yunayted"ə gəlincə, mənim üçün tələb olunan məbləği ödədikləri üçün onlara təşəkkür edirəm. Premyer Liqanın ən bahalı transfer olmağım üzərimdə təzyiq yaratmayacaq. Premyer Liqa fiziki gücün ön plana çıxdığı çempionatdı. Baş məşqçi Lui van Qal məndən tezliklə komandaya uyğunlaşmağımı istədi".
 
Di Mariya 75 milyon avro müqabilində "Real"dan "Maneçster Yunayted"ə transfer olunub.
Shares: