Fransanın PSJ klubunun forvardı Zlatan İbrahimoviç "Qızıl top"u qazanmaq şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, isveçli qolçu bu haqda Paris klubunun rəsmi saytına danışıb. İbra mükafatı qazanmaq imkanlarının az olduğunu bildirib:
"Düşünürəm ki, karyeramda ən yaxşı mövsümü geridə qoydum. Məqsədlərimdən biri hər il artırmaq və irəli yönəlməkdi. "Qızıl top"a namizəd olsam da, qalib gəlmək çox çətin olacaq. Çünki Dünya çempionatında oynamamışam. Bir çox güclü futbolçular həmin turnirdə çıxış edib. Onların şansları qat-qat yüksək olacaq. Amma hələ ki bacardığımı edəcəm. Yəni, yüksək səviyyədə nəticələr qazanıb yaxşı oyun göstərmək lazımdır. Hər gün etməyə çalışdığım bu işlərin də alındığını deməliyəm".