“Bavariya”nın müdafiəçisi David Alaba ölkəsində ilin ə yaxşı idmançısı adını qazanıb. Futbolinfo.az xəbər verir ki, futbolçu ardıcıl ikinci dəfə Avstriyada ilin idmançısı seçilib.
Gənc oyunçu ölkənin idman mediası arasında keçirilən sorğuya görə bütün namizədləri geridə qoyub. 22 yaşlı Alaba, Soçidə keçirilmiş Qış olimpiadasında gümüş medal qazanan dağ-xizək idmançısı Marsel Hirşeri 1 səslə qabaqlayıb.
Xatırladaq ki, ötən mövsüm Alaba "Bavariya"nın heyətində 40 oyun keçirib. Bundesliqa və Almaniya kubokunda birincilik qazanıb.