Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra  Azərbaycan 1-ci divizionunun 13-cü turundakı matçlarla bağlı cəzalar açıqlanıb.
 
“Şuşa” matçının 48-ci dəqiqəsində “Energetik”in futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
MOİK  matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə lənib.
 
“Mil-Muğan”la oyunun 33-cü dəqiqəsində “Lokomotiv”in futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
 
(PFL)
Shares: