Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə digər həmyerlimiz Ayaz Mehdiyevin şərəfini qoruduğu “Girəsunspor”la üz-üzə gəlib. Görüş qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu matça start heyətdə çıxan Şükürov sona qədər mübarizə aparıb. Mehdiyevin adı isə heç oyunun iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, hazırda "Karşıyaka" 18 xalla 6-cı, 16 xal toplayan Girəsun təmsilçisi isə turnir cədvəlinin 10-cu pilləsinə qərarlaşıb.