"Liverpul"un kapitanı Stiven Cerrard seçim qarşısındadı. Futbolinfo.az xəbər verir ki, əgər o, klubun təklif etdiyi yeni müqaviləni imzalamaqdan boyun qaçırsa, böyük ehtimalla karyerasını artıq Avropada davam etdirməyəcək. 
 
İngilis xavbekin okeanın o tayına – "Nyu-York Red Bulls"a keçməsi gündəmə gəlib.  Əgər futbolçu "Liverpul"la olan müqavilə müddətini uzatmasa, MLS klubu ona rəsmi təklif göndərəcək. 35 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2015-ci ilin yayında bitir.
 
"Nyu-York Red Bulls"un idman direktoru isə daha öncə "Liverpul"u çalışdırmış Jerar Ulyedi. Bu amil keçidin reallaşmasında həlledici ola bilər.
Shares: