"Qalatasaray" "Barselona"dan futbolçu almaq fikrinə düşüb. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” İbrahim Afellayın meneceri ilə görüşüb.
 
Son 1 ildə zədə səbəbindən futboldan uzaq qalan hollandiyalı dekabrda sağalıb. Bu vəziyyətdə “Barsa”da əsas heyətə düşə bilməyəcəyini anlayan Afellay da başqa kluba keçmək istədiyini bildirib. “Cim-Bom” isə bunu nəzərə alaraq 27 yaşlı yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir.
 
Katalonların holland üçün tələb etdiyi rəqəm isə 8 milyon avrodu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp