Son günlər Dortmund “Borussiya”nın hücumçusu Robert Levandovskinin “Bavariya”ya transfer olunacağı ilə bağlı xəbərlər daha da güclənmişdi. Nəhayət polyak forvard məsələyə özü münasibət bildirmək qərarına gəlib.
 
Futbolinfo.az xəbər verir ki, o, “Borussiya”nı bu ay yox, mövsüm bitdikdən sonra tərk edəcəyini deyib. Levandovski bildirib ki, mövsüm bitənə qədər “Borussiya”da qalacaq. Ondan sonra isə azad agent kimi “Bavariya”ya keçəcək.
 
Levandovski 2010-cu ildən Dortmund klubunda çıxış edir.
Shares: