“Mançester Yunayted” komandadan ayrılan futbolçuların siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun rəsmi saytı növbəti mövsümə hazırlıq çərçivəsində əsas komandanın 6 üzvü ilə yollarını ayırdığını rəsmən təsdiqləyib.
Kazemiro, Tirrell Malasiya və Ceydon Sanço sözügedən klubu tərk edəcək. 2022-ci ildə “Mançester Yunayted”ə transfer olunan Kazemiro mövsümün əvvəlində komandadan ayrılacağını açıqlamışdı. Malasiya və Sanço ilə isə başa çatan müqavilələr yenilənməyib.
Bundan başqa, Rasmus Hoylund icarə əsasında çıxış etdiyi “Napoli”yə birdəfəlik transfer olunub. Həmçinin Manuel Uqarte və Coşua Zirkze də komandanı tərk edəcək futbolçular sırasındadır.





