“Şalke” qapıçısı Loris Kariusla müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı qolkiperlə yeni sözləşmənin müddəti 2028-ci ilin yayına kimidir.
“Şalke” yeni mövsümdə Almaniya Bundesliqasında mübarizə aparacaq
32 yaşlı qapıçı 2025-ci ilin yanvar ayından “Şalke”də çıxış edir. O, “Maynts”, “Liverpul”, “Beşiktaş”, “Union” (Berlin) və “Nyukasl”da da oynayıb.





