Məşhur braziliyalı futbolçu Juninyo karyerasını başa vurmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, ölkəsində "Vasko da Qama" klubunun şərəfini qoruyan yarımmüdafiəçi qərarını rəhbərliyə bildirib.
 
Onlar isə 39 yaşlı “sambaçı”nın istəyini müsbət qarşılayıblar. Bu haqda klub prezindenti Roberto Dinamite açıqlama verib: "Onunla danışdıq və Juninyo karyerasının baş vurmaq istədiyini bildirdi. Birinci gün o, son oyununa çıxacaq".
 
Qeyd edək ki, Juninyo azarkeşlərə daha çox Lion “Olimpik”inin forması və cərimə zərbəsindən vurduğu qollarla tanışdı.
Shares: