Dünəndən yağan qar yağışı sabah baş tutacaq Premyer Liqanın 19-cu turundakı oyunları təxirə salınmasına səbəb ola bilər. Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) stadionların qardan təmizlənməsi ilə bağlı klublara tapşırıq verib.
Bu barədə saytımıza açıqlamasında PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib: "Premyer Liqada oyunların təxirə salınması ilə bağlı hələ heç nə deyə bilmərik. Komandalara stadionların təmizlənməsi ilə bağlı tapşırıq verilib. Axşamkı havadan çox şey asılı olacaq. Əgər axşam da qar yağarsa, bu məsələyə yenidən baxılacaq".





