Təxminən iki aydı mətbuata danışılan xəbərlər nəhayət sona çatıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli məqşçi Marselo Byelsanın gələn mövsüm çalışdıracağı klubun adı dəqiqiləşib.
 
Argentinalı mütəxəssis Fransa Liqa-1-də mübarizə aparan Marsel “Olimpik”inə rəhbəelik edəcək. Mövsüm bitdikdən sonra hazırkı çalışdırıcı Joze Aniqonun işinə son veriləcək. Xəbər klubun rəsmi internet saytından açıqlanıb. Prezident Vinsent Lebrune onunla 2 illik müqavilə imzaladıqlarını bildirib.
 
Qeyd edək ki, Byelsanın karyerasında 2002-ci ildə Argentina, 2010-cu ildə Çiliylə DÇ təcrübələri, 2004-cü ildə Olimpiya çempionluğu, “Nyuels” və “Velez”lə Argentina çempionluqları və son olaraq “Atletik”lə İspaniya Kuboku və Avroliqanın finalçısı olmaq kimi uğurlar var.
 
Xosep Qvardiolanın "dünyanın ən yaxşı məşqçisi” kimi xarakterizə etdiyi 58 yaşlı çalışdırıcı “Atletik”dən ayrıldıqdan sonra bir ildi ki, istirahət edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp