Ötən il peşəkar futbolçu karyerasını bitirən məşhur fransalı Erik Abidal yenidən futbol dünyasına qayıdıb. Futbolinfo.az xəbər verir ki, o, son iş yeri olan "Olimpiakos"da çalışmaq qərarına gəlib. 
Abidal burada idarə heyətində fəaliyyət göstərəcək. Futbolçunu sabiq klubu “Barselona” da idarə heyətində görmək istəsə də, Erik qərarını yunan klubunun xeyrinə verməsini belə izah edib: 
"Barselona"da mənə rəhbərliklə komanda arasında əlaqələndirici rolunu icra etməyi tapşırdılar. Ancaq məncə, buna ehtiyac yoxdu. Məsələn, Lionel Messi Xosep Mariya Bartomeunu şəxsən tanıyır. Ona vasitəçi lazım deyil. Həmçinin orda mənə futbol məktəbləri ilə işləmək də təklif olundu. Amma iş tez-tez yerdəyişmələrlə əlaqədar olduğundan, qəbul etmədim. Mənim ailəm və görməli olduğumu digər vacib işlərim var. "Olimpiakos" isə məndən marketinq, sponsorluq, mövsümöncəsi hazırlıqlarla məşğul olmağımı və "Barselona" ilə əlaqələri qaydasına salmağı istəyir. Bu, daha sadədi. 24 saat işləməli olmayacam. Yaxın vaxtlarda İsveçrədə "Olimpiakos"un sponsorları ilə görüşdüm. Eyni zamanda, öz fondum barədə də onlarla danışdım. Məndən ayda 4 dəfə Afinada olmağımı tələb edirlər. Buna görə də təklifi qəbul etdim".
Shares: