Almaniyanın “Bavariya” klubu Ukraynaya humanitar yardım edəcək. Futbolinfo.az xəbər verir ki, bu haqda klub prezidenti Karl Hays Rumeniqe bildirib:
“Biz xarici işlər nazirliyi ilə əlaqə yaratdıq və belə bir qərara gəldik ki, Ukraynaya humanitar yardım edəcəyik”.
Çempionlar Liqasının 1/8 finalında “Şaxtyor”la qarşılaşmaq üçün Ukraynaya gələn komanda yardımı bu ərəfədə edəcək.
“Pivəçilər”in hollandiyalı forvardı Aryen Robben də Ukraynada baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb: “Ukraynada hansı hadisələrin baş verdiyini bilirik. Əlbətdə, bütün bunlar bizə təsir edir. Siz sadəcə olaraq bura gəlib, baş verənlərə diqqətsiz qala bilməzsiz”.