Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.
Qəbələ şəhər stadionundakı oyundan sonra saytımıza açıqlama verən qonaq komandanın müdafiəçisi Rasim Ramaldanov məğlubiyyəti belə şərh edib:
"Çətin oyun keçdi. "Qəbələ"nin güclü hücum xətti olduğunu bilirdik. Hesabı açsaq da, ikinci hissədə 3 top buraxdıq. Qol vurandan sonra müdafiədə oturmamalı idik. "Qəbələ"nin ikinci qolu zamanı cərimə yox idi. Baş hakim səhv qərar verdi".
Shares: