Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" səfərdə “Oliveyrense” ilə üz-üzə gəlib.
Oyun qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ötən tur olduğu kimi, Quluzadə bu dəfə də komandasının oyununda iştirak etməyib. O, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 31 xalla 23-cü pillədə qərarlaşıb.