Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Milli komandamızın futbolçusu Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" klubu növbəti oyununa çıxıb. 
Adıçəkilən komanda səfərdə yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"la üz-üzə gəlib. Manisalıların 1:0 hesabı ilə qalib gəldiyi oyunda serb əsilli futbolçumuz 66 dəqiqə, yarımmüdafiəçimiz isə  əvəzedilmədən meydanda mübarizə aparıb. 
Qeyd edək ki, "Manisaspor" 23 xalla 15-ci, "Elazığspor" isə 27 xalla 13-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp