İngiltərənin "Mançester Siti" klubu argentinalı futbolçuyla müqavilə yeniləyib. Futbolinfo.az xəbər verir ki, söhbət təcrübəli müdafiəçi Martin Demiçelisdən gedir.
Belə ki, futbolçunun yeni sazişi 2016-cı ilin yayına qədər nəzərdə tutulub.
Demiçelis imzalama mərasiminin ardından fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb: "Mançester Siti" məqsədləri olan klubdu. İldən-ilə daha da inkişaf etmək istəyirik. İstənilən futbolçu üçün ən yaxşı hiss mükafatı əlinə almaqdı".