Bu gün Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Qəbələ"yə 2:1 hesabı ilə uduzub.
"İnter Arena"dakı oyun zamanı qalmaqallı hadisə yaşanıb. Belə ki, 90+1-ci dəqiqədə Ruslan Abışov Qəbələ təmsilçisinin 2-ci qolunu vurduqdan sonra Bakı klubunun baş məşqçisi Kaxaber Sxadadze ehtiyyat oyunçular skamyasını tərk edib. Hakimliyə etiraz edən gürcüstanlı mütəxəssis oyun başa çatmamış soyunub-geyinmə otağının yolunu tutub.
Qeyd edək ki, "Qəbələ" 2-ci qolu cərimə zərbəsi zamanı vurub. Sxadadze isə məhz bu qərara etirazını bildirmək üçün meydanı tərk edib. Onun komandası isə bu qarşılaşmadan 1:2 hesabı ilə məğlub ayrılıb.