Topaz Premyer Liqasında 2014/15 mövsümünün 250-ci qolu vurulub. Futbolinfo.az xəbər verir ki, yubiley qolu “Sumqayıt” – “Qarabağ” matçına təsadüf edib. 
Belə ki, qonaqların 2:1 hesabı ilə qalib gəldiyi matçda bərabərlik qoluna imza atan Reynaldo cari çempionatın 250-ci topunun müəllifi olub. Dublla yadda qalan braziliyalının ilk qolundan sonra turda daha 5 qol vurulub. Beləliklə, 26 turun 103 oyununda vurulan qol sayı 255-ə çatıb. Mövsümün orta məhsuldarlığı 2,48-ə bərabərdir.
Qeyd edək ki, Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk qolunu Rauf Əliyev vurub. O, “Xəzər Lənkəran”ın heyətində 1-ci turun AZAL-la səfər oyununda fərqlənib.
(pfl.az)
Shares: