“Arsenal”ın canlı əfsanələrindən sayılan Tyerri Anri sevimli komandasının hazırkı durumundan danışıb. Futbolinfo.az xəbər verir ki, fransalı veteran futbolçu London klubunun yayda mütləq heyəti gücləndirilməli olduğu qənaətindədi: 
“Arsenal” Premyer Liqa çempionluğunu hədəfləyirsə, 4 ulduz futbolçu transfer etməlidi və komanda onların ətrafında birləşməlidi. Bir qapıçı, bir mərkəz müdafiəçisi, bir mərkəz yarımmüdafiəçisi və bir hücumçu transfer edilməlidi. “Çelsi”ni nümunə götürmək lazımdı. Onlar ötən mövsüm çempion ola bilmədilər və sonra Kurtua, Matiç, Fabreqas, Kostanı transfer edərək, indi arzularına çatırlar. Jiru yaxşı hücumçudu, amma onunla çempion olmaq mümkün deyil”.
Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasında 3-cü pillədə qərarlaşıb və sona 5 tur qalmış lider “Çelsi”dən 10 xal geri qalır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp