PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi ötən ilin yay transfer dönəmində Anhel di Mariyanı "Real"dan niyə ala bilmədiklərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, Paris klubunun maliyyə feyr-pleyi ilə bağlı problem yaşadığını bildirib: 
"Əgər maliyyə feyr-pley-i olmasaydı, di Mariya PSJ-nin futbolçusu olardı".
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi ötən il 60 milyon funt-sterlinq qarşılığında "Real"dan "Mançester Yunayted"ə transfer olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp