İngiltərə Çempionşipində sona bir tur qalmış Premyer Liqaya yüksələn ilk iki klubun adı müəyyənləşib.  Futbolinfo.az xəbər verir ki, səviyyəcə ölkənin 2-ci liqasında 45-ci turda "Bolton"u qəbul edən "Bornmut" 3:0 hesabı ilə qələbə qazanıb və  xallarının sayını 87-ə çatdırıb.
Bundan sonra "qırmızı-qaralar"ın ən yaxın rəqibi "Midlzbro" ilə xal fərqi 3-ə yüksəlib. Daha çox qol vurma reqlamentini nəzərə alsaq, son turda klubların xalları bərabərləşsə belə, “Bornmut” ikinci pillədə qalaraq elitaya yüksələ biləcək.
Qeyd edək ki, 2009-cu ildə maliyyə böhranı ilə üzləşən və İngiltərə ikinci liqasından (sayca 4-cü) Konferensiyaya düşmək təhlükəsini yaşayan komanda həmin hadisələrdən cəmi 6 il sonra Premyer Liqaya vəsiqə qazanır. Ümumilkdə isə “Bornmut” tarixində ilk dəfə elitaya vəsiqə qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp