Ötən gün İsveçrənin Nyon şəhərində AFFA-nın baş katibi Elxan Məmmədov və Lisenziya qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Fair Play və Lisenziya Departamentinin rəhbəri Andrea Traverso ilə görüşüb. Futbolinfo.az xəbər verir ki,  2015/2016-cı il lisenziyalaşdırma mövsümünün  yekunu ərəfəsində bu görüş hər iki futbol qurumunun qarşılıqlı təşəbbüsü ilə keçirilib. 
UEFA rəsmisi bildirib ki, qitə futbol qurumunun yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak edən klubların lisenziya məsələlərinə çox diqqətlə və məsuliyyətlə yanaşması, maliyyə Fair Play-i, həmçinin beynəlxalq yarışların əsasnamələrinin tələblərinə uyğun fəaliyyət göstərməsi vacibdi. Avropa futbol qurumunun nümayəndəsi klublara aid olan sənədlərin UEFA standartlarına uyğun olmasının vacibliyini bir daha vurğulayıb. Həmçinin, görüşdə AFFA tərəfindən klubların lisenziyalaşdırması prosesinin hazırkı vəziyyəti barədə məlumat verilib və inkişaf perspektivi müzakirə olunub.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp