İspaniya La Liqasında növbəti baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun da formasını geyindiyi “Qranada” klubu baş çalışdırıcısı Abel Rezino ilə yollarını ayırıb. 
Məşqçi öz istəyi ilə postunu tərk edib. Buna səbəb komandanın heç cür yaxşı çıxış göstərə bilməməsidi. 55 yaşlı mütəxəssis yanvarın 19-dan Andalusiya təmsilçisini çalışdırırdı ki, onun rəhbərliyi altında “Qranada” La Liqada 15 turda 11 xal qazanıb.
Qeyd edək ki, hazırda komanda turnir cədvəlinin 19-cu pilləsindədi və aşağı diviziona düşmək üçün ən real namizədlərdəndi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp