Ötən gün Topaz Premyer Liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Matçdan sonra “ağ-qaralar”ın hücumçusu Rauf Əliyev jurnalistlərin suallarını cavablayıb:
– Bu gün gözlənilmədən xal itirdiniz. Qarşılaşma ilə bağlı fikirlərniz nədən ibarətdi? 
– Meydanda yaxşı mübarizə getdi. İlk hissədə məğlub duruma düşdük, həm də 10 nəfərlə qaldıq. Ancaq fasilədən sonra komandamız yaxşı mübarizə apardı və bərabərlik qolunu da vura bildik. “Qəbələ” ilə 3-cü yer uğrunda mübarizə aparırıq. Buna görə də meydana 3 xal üçün çıxmışdıq. Amma elə bir vəziyyət yarandı ki, onda 1 xala da sevinməli olduq. 
– Xeyli vaxt sonra bu gün nəhayət ki, meydana çıxdınız…
– 4-5 gündü məşqlərə başlamışam. Oyun praktikası cəhətdən əziyyət çəkirdim deyə, dünən də əvəzedicilərin heyətində 1 hissə çıxış etdim. Formamı yenidən bərpa etməyə çalışacam. 
– Azarkeşlər etiraz edirlər ki, Raufa əbəs yerə bu qədər pul verilir. Gələndən hələ normal oyun nümayiş etdirmir… 
– Azarkeşlərdi də, öz fikirlərini bildirirlər. Bura gələndən sonra uğursuzluq və şansızlıq yaşadım. Sonradan da xəstələndim və 1 aya yaxın oynamadım. Hamsı ardıcıl oldu və özümdən asılı olmayan səbələrdən matçlarda az iştirak edə bildim. Mənə elə gəlir ki, daha çox şans qazansam, əvvəlki formamı yığa biləcəm. 
– Prosineçki bildirib ki, “Neftçi”dən yığma komandaya layiq futbolçu yoxdu. Millinin təcrübəli bir futbolçusu kimi buna münasibətiniz necədi?
– Buna şərh bildirmək istəmirəm Mən sadəcə öz oynumu oynayacam. 
– Necə düşünürsünüz, bu cür oyunla millinin heyətinə düşmək olarmı? Bu gün “Neftçi” çox zəif çıxış etdi…
– Düzdü, bu gün bir az səhvlərimiz oldu. Əsasən, müdafiə xəttində. 
– Hazırkı “Neftçi” yayda avrokuboklarda və ya gələn mövsüm nəyə ümid edə bilər?
– Yəqin ki, komanda da dəyişikliklər olacaq. Düzdü, indi əsas məqsəd çempionatı başa vurmaq və ölkə kubokunu qazanmaqdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp