Braziliya millisinin sabiq üzvü Julio Sezar karyerasını bitirə bilər. Futbolinfo.az xəbər verir ki, "Benfika"nın şərəfini qoruyan qolkiper haqda "Sport Mediaset" məlumat yayıb. 
Portuqaliya klubunun yeni 3 illik müqavilə təklif etməsinə baxmayaraq, “sambaçı” rəhbərlikdən düşünmək üçün vaxt tələb edib. Sezar mövsümün sonunda gələcəyi ilə bağlı yekun qərarını verəcək.
Qeyd edək ki, 35 yaşlı qolkiper cari mövsüm "Benfika"nın heyətində 19 matçda meydana çıxıb. Sezar 2004-14-cü illər arasında Braziliya millisinin qapısını qoruyub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp