PSJ-nin qolçusu Edinson Kavani mövsümün sonunda komandanı tərk etmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, onun yeni iş yeri Madrid “Atletiko”su ola bilər. Uruqvaylı futbolçu klub rəhbərliyinə bu barədə müraciət ünvanlayıb. İddialara görə, artıq Kavani ilə "Atletiko" arasında ilkin razılıq əldə olunub.
 
Daha öncə hücumçunun adı "Yuventus"la birgə hallanırdı. Onun PSJ ilə olan müqaviləsinin bitməsinə 3 il var.
 
Cari mövsümdə 48 matçda meydana çıxan Edinson 24 dəfə fərqlənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp