Madrid "Real"ının ulduz futbolçusu Qaret Beyl adının başqa klublarla hallanmasından narahatdı. Futbolinfo.az xəbər verir ki, son iddialara görə, "Mançester Yunayted" uelsi futbolçuya görə hətta 137 milyon avro ödəməyə də hazırdı.
Lakin təkliflərə baxmayaraq, Beyl komandanı tərk etmək istəmir. O, bununla bağlı hətta rəhbərliklə də danışıb.
 
Beyl 2013-cü ildə 91 milyon avro müqabilində "Tottenhem"dən transfer olunmuşdu. 2014/15 mövsümündə 43 matçda meydana çıxan Beyl 17 dəfə fərqlənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp