İngiltərə nəhəngi “Çelsi” baş məşqçisi Joze Mourinyoya uzunmüddətli müqavilə təklif etməyi düşünür. Futbolinfo.az xəbər verir ki, Premyer Liqada mövsümün sonuna 3 tur qalmış çempionluğunu rəsmiləşdirən London klubunun baş məşqçisi Joze Mourinyonun 2019-cu ilə kimi komandada qalacağı bildirilir. 
"Sunday Times" nəşrinin yazdığına görə,portuqaliyalı mütəxəssis bu gün klub rəsmiləri ilə bir araya gəlib. Görüşdə Mourinyoya yeni müqavilə təklif olunub. Yazılanlara inansaq, Joze təklifi qəbul edib. Onun 2019-cu ilə kimi komandada qalacağı gözlənilir. Lakin hələlik "Çelsi" tərəfindən bu barədə rəsmi açıqlama gəlməyib.
Qeyd edək ki, Mourinyo 2013-cü ildən “Çelsi”ni çalışdırır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp