Bir müddət əvvəl AFFA rəhbərliyi tərəfindən U-15 millisindən uzaqlaşdırılan Aslan Kərimovun yenidən bu yaş qrupuna qaytarıldığına dair xəbər əldə etmişdik. Məlumatı dəqiqləşdirmək üçün Kərimovla ilə əlaqə saxladıq. 
Veteran futbolçu bu xəbəri təsdiqləməsə də, gələcəylə bağlı ümidli olduğunu bildirdi:
“Düzü, bu barədə məlumatım yoxdu. Yəqin ki, U-15-ə qayıtmayacam. Çünki bu barədə artıq AFFA rəhbərliyi ilə danışmışam. Bu il məşqçi kursları çoxdu, həm də gərgindi. Nikolay Adamın gedişindən sonra tək qalmışam. Bir də Osman Rəhimovdu. İl ərzində 8 “C”, 2 “A” və 1 dənə də “D” lisenziyası olmalıdı. Bunların hamısını keçirmək üçün il ərzində böyük iş tələb olunur. Gələn ildən ola bilsin hansısa bir işdə çalışa bilim. Bu barədə federasiya rəhbərliyi ilə də konkret danışmışıq. Düzü, mən millidə çalışmağa davam etmək istəyirdim. Danışıqdan sonra bildirdilər ki, iş çoxdu. Bunların hamısının öhdəsindən gəlmək çətin olacaq. Hansısa yaş qrupunda işləmək istəyərəm. Çünki məşqçi kimi praktika çox vacibdi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp