Bu gün "Qarabağ" klubunun bazasında tədbir keçirilib. Futbolinfo.az xəbər verir ki, brifinqdə  komandanın son vaxtlardakı uğurlu çıxışından bəhs olunub.
 
Tədbirdə ilk olaraq klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov gələn qonaqları salamlayaraq sözü komandanın baş məqşçisi Qurban Qurbanova verib. Qurban bəy qazandıqları uğurlara görə hamıya öz təşəkkürünü bildirib və gələcəkdə daha da yaxşı nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini qeyd edib. Sonra isə söz komandanın vitse-prezidenti Tahir Gözələ verilib. Tahir bəy mövsümün "Qarabağ" üçün uğurlu keçdiyini qeyd edib. O, həmçinin, "Qarabağ”a göstərdiyi dəstəyə görə klubun prezidenti Abudulbari Gözələ təşəkkür edib. Abdulbari bəy isə son vaxtlar ölkədə keçirilən idman yarışlarından, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan söhbət açıb.
 
Qeyd edək ki, sonda bu il "Qarabağ"ın U-16 komandasını çempion edən Samir Musayev rəhbərlik tərəfindən təbrik edilib. Tədbir "Qarabağ"ın çempionluq tortunun kəsilməsi ilə yekunlaşıb.
Shares: