Bu gün futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin püşkatması keçiriləcək. Futbolinfo.az xəbər verir ki, tədbirə bir neçə saat qalmış Qazaxıstan Futzal Assosiasiyasının prezidenti Lev Kim yeganə arzuolunmaz rəqib kimi Azərbaycan yığmasını göstərib.
Yerli mətbuata müsahibə verən assosiasiya rəhbəri fikrini bu cür izah edib: "Açıq deyirəm, hansısa konkret rəqiblə qarşılaşmaq arzusu ilə alışıb-yanmıram. Kim düşür-düşsün, çıxıb mübarizə aparacağıq. Yeganə yığma var ki, onlarla üz-üzə gəlmək istəməzdim. Bu, Azərbaycandı. Nədənsə tarix boyu belə alınıb. Onlarla oyunumuz alınmır".
Shares: