İtaliyanın “İnter” klubu növbəti mövsümə hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “göy-qaralar” “Monako”nun futbolçusu Joffrey Kondoqbiyanı heyətinə qatıb.
Belə ki, milanlılar dayaq yarımmüdafiəçisi üçün Fransa klubuna 40 milyon avro ödəyib. Anlaşmaya əsasən 22 yaşlı fransalı 5 il İtaliya nəhənginin şərəfini qoruyacaq.
Qeyd edək ki, Afrika əsilli futbolçu 2013-cü ildən knyazlıq klubunda çıxış edirdi.