Ötənlərin məşhur futbolçusu Artur Ziko yenidən FİFA ilə bağlı günədəmə gəlib. Futbolinfo.az xəbər verir ki, Yozef Blatterin istefasından sonra qurumun prezidentliyinə namizəd olacağını bildirən brazilyalı mütəxəssis bu sevdasından əl çəkmək fikrindədi.
O, səbəb kimi seçkiqabağı kompaniyanın startı ilə birlikdə rüşvət qalmaqallarının da başlayacağını deyib. Ziko prezidentliyə namizəd olmaq üçün gərək ən azı 5 ölkənin futbol federasiyasının razılığını almağın əslində rüşvətin yolunu açdığını bilidirib: “Boş yerə təyyarələrə yolpulu xərcləyib, vaxtımı itirmək istəmirəm. Bu qanunların dəyişməyəcəyi müddətdə namizəd olmaq istəmirəm”.
Qeyd edək ki, FİFA prezidentinin kimliyinə cari ilin dekabrında aydınlıq gləcək. İndi isə bu postu müvəqqəti olaraq qurumun sabiq prezidenti Blatter icra edir.