Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" Çernoqoriya çempionu "Rudar"la qarşılaşacaq.  Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov  püşkatmadan sonra klub saytı ilə təəssüratlarını bölüşüb:
"Hazırda bizi daha çox komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq. Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onlar bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun bizə hamısından daha önəmlidi. Deyərdim ki, bu tur pley-off qarşılaşmasından daha önəmlidi".
Shares: