Ölkə futbolu

“Qarabağ” Juninyonu satmağa razılaşdı: növbəti satışdan da pay olacaq

e8238fb7 8636 42bb be2f f9259277878f 1200x680 - Futbolinfo.az

“Qarabağ” “Sevilya” ilə razılıq əldə edib. Ağdamlılar Olavio Juninyonun İspaniya klubuna keçməsinə icazə verib.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, braziliyalı tezliklə “Sevilya”ya qoşulacaq. İspanlar “Qarabağ”a 4 milyon avro ödəyəcək. Juninyo uğurlu olarsa, təmsilçimiz bonuslardan daha 1 milyon avro qazana biləcək.

Razılaşmaya əsasən, Juninyonun sonradan başqa bir kluba transferi də “Qarabağ”a pul qazandıracaq. Belə ki, ağdamlılar imzalanmaq üzrə olan müqaviləyə növbəti satışdan 20 faizlik payın təmsilçimizə çatması haqda bənd saldıra bilib.

Shares: