İsrail çempionatında 3-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” səfərdə “Hapoel” (Yerusəlim) komandasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət matça start heyətində başlayıb və 75-ci dəqiqədə əvəzlənib. Bu nəticədən sonra onun komandası turnir cədvəlində 3 xalla 7-ci pillədə qərarlaşıb.

