"Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, artıq 10 gündür Avstriya-Almaniya sərhədindəki Kössen qəsəbəsində təlim-məşq toplanışında olan "atlılar" günü tək çalışmayla keçirib.
Günün yeganə çalışmasına ənəni vaxtda – 18:45-də (Azərbaycan vaxtıyla 21:45) başlayan Ağdam təmsilçisi daha çox texniki-taktiki çalışmalar yerinə yetirdi. Komandanın məşqi 1 saat 40 dəqiqə davam etdi. Bundan əvvəlki çalışmada Dani Quintananın yüngül zədə səbəbindən məşqi bitirə bilmədiyini bildirmişdik. Ötən gün baş tutan məşqdə ispan yarımmüdafiəçi komandayla çalışmada iştirak edib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq. Ağdamlılar Kössen qəsəbə stadionunda Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq. Oyun Bakı vaxtıyla 20:45-də start götürəcək və klubun rəsmi "YouTube" kanalı vasitəsilə canlı olaraq yayımlanacaq.
(Klub saytı)