Bu gün Avropa Liqasında 2015/2016 mövsümünə start verilib. Futbolinfo.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində turnirində I təsnifat mərhələsinin oyunları baş tutub. 
İlk oyun günün 3 görüş keçirilib. "Balzan" "Jelezniçar"ı, "Proqres" “Şemrok Rovers”i qəbul edəcək. Moldova "Daçiya"sı isə səfərdə "Renova" ilə münasibətlərinə aydınlıq gətiriblər. 
Qeyd edək ki, bu mərhələnin qalan oyunları iyulun 2-də keçiriləcək və Azərbaycan klublarından "Qəbələ", "Neftçi" və "İnter" də həmin gün mübarizəyə qoşulacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi
30 iyun
 
"Balzan" (Malta) – "Jelezniçar" (Bosniya və Herseqovina) – 0:2 
QOL: Riad Bajiç, 4 (pen), 13,
 
"Proqress" (Luksemburq) – "Şemrok Rovers" (İrlandiya) – 0:0 
 
"Renova" (Makedoniya) – "Daçiya" (Moldova) – 0:1 
QOL: Mihai Roska, 12, (pen),
Shares: