“Xəzər Lənkəran”ın Türkiyə toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, Nevşehir şəhərində olan "ağ-yaşıllar" gündəlik iki dəfə olmaqla məşqlərini öncədən təsdiq edilmiş hazırlıq planına uyğun keçirir.
Toplanışın ilk mərhələsində bütün çalışmalar futbolçuların yalnız fiziki cəhətdən yüklənməsinə hesablanıb. Fiziki məşqçi Covanni Melkiorenin tapşırıqlarnın yerinə yetirilməsindən ibarət olan məşq proseslərinə ümumilikdə baş məşqçi Yunis Hüseynov nəzarət edir.
Qeyd edək ki, heyətə qatılacaq yeni futbolçuların düşərgədə qarşılanmasına hazırlıq yekunlaşıb və “Xəzər Lənkəran” artıq braziliyalı futbolçuların yolunu gözləyir.
(12cioyuncu.info)