Belarus millisinin sabiq futbolçusu Dmitri Baqa UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə Minsk “Dinamo”su arasında keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, bu il karyerasını başa vuran 36 yaşlı yarımmüdafiəçi Azərbaycan klubunun əvvəlki illərlə müqayisədə dəyişdiyini deyib.

Buna baxmayaraq, Baqa bakılıların güclü rəqib olduğunu vurğulayıb: “Neftçi” artıq 1-2 il əvvəlki komanda deyil. Həmin vaxt Azərbaycan çempionatında 4-cü yeri tutmuşdular. Buna baxmayaraq, çox yaxşı komandadırlar. “Dinamo”nun növbəti mərhələyə yüksəlmək şansı var, amma “Neftçi” yaxşı komandadır”.

O, Azərbaycan çempionatı barədə də müsbət fikirlər səsləndirib: “Qarabağ”ın uğurları sayəsində Azərbaycan çempionatı xeyli inkişaf edib. Klubların bəzilərinin kifayət qədər maliyyə imkanları var və güclü transferlər edə bilirlər. Azərbaycan çempionatı Belarus çempionatından zəif deyil. Buna əminəm. Son mövsümü xatırlasaq, “Qarabağ”ın ikinci yeri tutduğunu və “Sabah”ın çempion olduğunu görərik”.

Qeyd edək ki, iyulun 22-də keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.

Shares: