Təl-Əviv “Makkabi”sinin futbolçusu Helio Varelanın transferi uğrunda mübarizə iki komanda arasında davam edir.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serbiya klubu “Srvena Zvezda” 24 yaşlı vingerdən əlini üzüb. Serbləri bu addımı atmağa “Qarabağ” və “Samsunspor”un rəqabəti olub. Kabo Verde millisinin üzvü uğrunda gərgin mübarizə aparan hər iki klub rəhbərliyi “Makkabi” ilə danışıqları sürətləndirib.

“Qarabağ” Avropa Liqasında, “Samsunspor” isə Superliqada uğurlu çıxış etmək üçün Varelanın xidmətinə ehtiyac duyur.

Qeyd edək ki, Helio Varelanın “Makkabi” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Shares: