Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison Avropa Liqasının 2-ci təsnifat mərhələsində Estoniya “Flora”sı ilə oyunöncəsi fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Çempionlar Liqasının 1-ci raundunda Azərbaycan çempionu “Sabah”a qarşı keçirilən matçları xatırladıb.
O, bakılıların onlardan güclü olduğunu etiraf edib: “Çempionlar Liqasında “Sabah” önündə əlimizdən gələni etdik. Amma bu, kifayət etmədi. “Sabah” bizdən daha yaxşı oynadı, bunu qəbul etməliyik. Uğurlu çıxış etdiyimiz dəqiqələr oldu. Sadəcə, həmin vaxt üstünlüyü qollara çevirə bilmədik. Yenə də qarşıdakı oyunlar üçün kifayət qədər müsbət məqamlar var. Fikrimcə, bu dəfə mərhələ adlamaq şansımız yüksək olacaq”.
Qeyd edək ki, “Sabah” 2:0 və 2:1 hesablı qələbələrlə mərhələ adlayıb.
