Gürcüstan Futbol Federasiyasının prezidentinin bəyanatına əsasən, UEFA ilə razılaşdırılmış şəkildə Super Kubokun biletləri "biletebi" saytı əvəzinə kassalarda satılacaq. Futbolinfo.az xəbər verir ki, Siçinava bu gündən bilet çapına başlanıldığını deyib.
Federasiya rəhbəri bildirib ki, yaxın gələcəkdə kassalardan satış başlanacaq və sözügedən sayt tərəfindən satılan 2063 bilet də alıcılarda qalacaq:
“Əlbəttə artıq satılan biletlər alıcılarda saxlanılacaq. Bütün gün ərzində UEFA ilə yazışmalar aparırdıq. Biz biletebi.ge ilə əlaqənin kəsilməsini tələb edirdik və şifahi cavab aldıq. Biletebi.ge bu prosesdən ayrıldı. Belə böyük oyunlarda biletlərin kassada satılması görünməmiş haldı. Bizim videokonfransımız olacaq və orada biletlərin hansı sistemlə satılacağını müzakirə edəcəyik. Biletlərin çap edilməsi və azarkeşlərə çatdırılması üçün bizə bir neçə gün lazım olacaq".