Dünən Estoniya Kubokunun 1/64 final mərhələsi çərçivəsində baş tutan “Payde” – “Raudteetelised” matçında futbol tarixində nadir görülən hesab qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, meydan sahibləri rəqibi 31:0 hesabı ilə darmadağın edib.
Qarşılaşmada Sander Roivassep 9, Sander Sinilayd isə 7 qol vurmağa müvəffəq olub.
Qeyd edək ki, Estoniya Kubokunun bu mərhələsi çərçivəsində keçirilən əvvəllki matçlarda da 12:1, 7:1, 9:1, 10:1, 0:8, 0:14, 36:0 və 20:0 kimi qəribə hesablar da qeydə alınıb.