Bu gün saat 16:30-da “Park Bulvar”ın qarşısından “Neftçi” azarkeşləri üçün “Baku City” tur avtobusu ilə çağırış turu olacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Bu turun məqsədi fanatları Bakı təmsilçisinin Çernoqoriya "Mladost"una qarşı keçirəcəyi oyuna səsləməkdi. Həmin məlumatda bu sözlər yer alır: "Əziz azarkeşlər, sizi “Neftçi” forması və bayraqları ilə gələrək Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” klubu ilə oyunu öncəsi komandamıza dəstək olmağa çağırırıq. Bütün azarkeşlərimizi bu gün saat 16:30-da “Park Bulvar”ın qarşısında gözləyirik".
Qeyd edək ki, bu görüş sabah Bakıda baş tutacaq və saat 21:00-da start götürəcək.