Milli komandamızın qapıçısı Kamran Ağayevlə geniş müsahibəyə çoxdan ehtiyac var idi. Xaricdə ölkəmizi layiqli təmsil edən azsaylı futbolçularımızdan biri ilə iyunun son günündə üz-üzə əyləşdik. Telefonla müsahibə verməkdən xoşlanmayan, ümumiyyətlə, bəzi jurnalistlərin üzündən bütün media əhlindən qaçan qolkiper bizimlə danışığa da uzun israrımızdan sonra razılaşdı.
– Serbiya ilə yoldaşlıq matçını nəzərə almasaq, son 2 rəsmi oyunda qapında qol görməmisən. “Kayserispor”dakı oyunun formanı bərpa etməyində nə dərəcədə rol oynadı?
– Bunu “Kayserispor”la əlaqələndirməzdim. Futbolçunun zirvədə olduğu və ya zəif vaxtları olur. Bəzən futbolçular yaxşı formada olur və ya zədələnir, özünə gələ bilmir. Həmçinin, şəxsi həyatında problemlər olur. Bunlar normal şeylərdi. Nəinki futbolçunun, hər bir kəsin həyatında bu cür hallar baş verir. O ki qaldı 2 matçda qol buraxmamağıma , yığmanın heyətində 60-dan çox görüşə çıxmışam. İlk dəfə deyil ki, millidə çıxış edirəm. Düzdü, 60 qarşılaşmanın hamsında yaxşı oyun sərgiləməmişəm, amma ən azı 10 matçda yaxşı oynamışam. Ancaq hamı 2-3 oyun görür. Çünki cəmi 2-3 matçda səhvə yol vermişəm. Buna da müəyyən səbəblər olub. Əgər Serbiya ilə son qarşılaşmanı nəzərdə tutursansa, 1 aydan çox idi ki, meydana çıxmırdım. “Kayserispor”da oyunöncəsi məşqdə əlimdən zədə almışdım. 1 ay forma geyinməyən adam sonradan meydançaya çıxıb oyun göstərə bilməz. Bu, normal haldı. Məşqlə hər şeyi əldə etmək olmur. Gərək oyundan-oyuna öz sözünü deyəsən. Şükür Allah ki, indi yaxşı formadayam, heç bir zədəm yoxdu. Karyeram hələ davam edir. Qarşıda nə qədər oyunlar var. Gələcəkdə heç milliyə çağrılmaya da bilərəm. Bu, həyatın sonu demək deyil.

– Ümumi karyeranı nəzərdə tutmurdum. Şübhəsiz, keçmişdə parlaq oyunların çox olub. Sadəcə, cari seçmə mərhələnin əvvəlində baş tutan 3 qarşılaşmada 10 qol buraxmışdın. Həmin vaxt “Qəbələ”də də elə də uğurlu çıxış etmirdin. Belə deyək, tam formada deyildin…
– Yox, bu formada olmamağım anlamına gəlməməlidi. Sadəcə, müəyyən zədələrim oldu, sonra isə bəzi problemlər yarandı. Hər bir insanın həyatında dəyişikliklər olur. Bir futbolçunu üzə çıxarmaq üçün 20 il vaxt lazımdı. Amma hərə bir tərəfdən üstümə gəlsin, kimsə nəsə söz desin, bu vəziyyətdə əlbəttə ki, futbolçunu itirərlər. Şükür Allaha ki, indi düzgün addım atıb Türkiyəyə getmişəm. Heç kimə qarışmıram, qulağım dinc yaşayıram. Oturub qıraqdan hər şeyi sadəcə, dinləyirəm. O ki qaldı “Qəbələ”yə, mən bu klubdan dalaşıb ayrılmamışam. Sadəcə, formada deyildim. Ona görə də rəhbərliklə danışdım və dedim ki, başqa yerdə oynayıb formamı bərpa etmək istəyirəm. Həm də Azərbaycanda qaldıqca hərə bir söz deyir. Mənə elə gəlir ki, vaxtında atılmış addım idi.

– Belə başa düşdüm ki, hazırda karyeranı Azərbaycanda davam etdirmək fikrində deyilsən…
– Futboldu, hər şey ola bilər. İndidən bu haqda qərar vermək düzgün deyil.

– Yeni mövsümdən etibarən hər hansı bir yerli klubda çıxış etməyin mümkündümü?
– Hər şey ola bilər. Ümumiyyətlə, həyatda hər şeyə hazır olmaq lazımdı.

– Uzun illər milli komandanın formasını geyinmisən. Yığmada yüksəliş dövrün Berti Foqtsun dönəminə düşüb. Ancaq indi alman mütəxəssis yoxdu və bir neçə aydı ki, komandaya Robert Prosineçki rəhbərlik edir. Bir təcrübəli futbolçu kimi bu iki çalışdırıcı arasında əsas fərqi nədə görürsən?
– Foqtsdan öncə də milliyə dəvət alırdım. Sadəcə, o zamanlar mənə inam yox idi. Lakin alman məşqçinin dövründə mənə daha çox şans verildi. 20 ildi futbolla məşğulam. Millidə isə 6-7 ildi ki, çıxış edirəm. Nə qədər gücüm çatır, o qədər də qapıda duracam. Ümumiyyətlə, insanın öz xarakteri var və buna uyğun hərəkət edir. Mirça Rednik, Rasim Kara, Yuri Syomin, Dorinel Muntyanu və s. mütəxəssilərin rəhbərliyi altında çıxış etmişəm. Yəni məşqçinin fərqi yoxdu. Əsas onun göstərişlərini yerinə yetirməkdi. Hər kəs öz işini görəndə nəticə ortada olur. Foqts daha çox müdafiəyə, Prosineçki isə hücumameyilli futbol oynadır. Yəqin ki, hansı dəyişiklilər olduğunu qıraqdan futbol ictimaiyyəti daha yaxşı bilər. Mənim vəzifəm top buraxmamaqdı, öz işimi görməyə çalışıram. Ancaq xarakterləri haqqında deyə bilərəm ki, aralarında elə də fərq yoxdu. Foqtsun məndən zəhləsi gedirdi. Bilmirəm, Prosineçkinin də məndən zəhləsi gedir, ya yox. Ancaq bunun işimizə heç bir aidiyyatı yoxdu. Sadəcə, biz öz işimizi görürük. Bizə nə deyilirsə onu edirik. Fərqi yoxdu – istər pis, istərsə də yaxşı insan olsun. Milli bizim iş yerimizdi.

– “Kayserispor”da keçirdiyin vaxtı necə analiz edirsən? Səncə, uğurlu alındı?
– Uğur deyəndə nəyi nəzərdə tutub danışırıq – bilmirəm. Amma hər zaman uğur qazanmağa çalışırıq. Ancaq əlbəttə, çempion olmaq uğurdu. Yəqin ki, bunda mənim də payım var. Ən pis halda ona görə uğur sayıram ki, insan bir yolu seçəndə uğursuzluğa da düçar ola bilər. Belə deyək, sən özündə deyilsən, gedirsən və kimlərsə sənə problem yarada bilər. Əsasən də mətbuatla bəzi problemlərim oldu. Ona görə də Kayseridəki karyeramı uğurlu sayıram. Qulağım dincdi. Qarşıda da seçim çoxdu. Götür-qoy edib, ən yaxşı variantı seçməyə çalışacam.

– Mətbuatdan söz düşmüşkən, martda Malta ilə qarşılaşma başa çatan kimi qaça-qaça birbaşa soyunub-geyinmə otağına yollandın. Həmin vaxt yadıma gəlir ki, “miks zona”da jurnalistlər birifinq üçün səni çağırsalar da, çox incik şəkildə reaksiya vermədən çıxıb getdin…
– Bilirsən necədi, çoxları elə düşünür ki, yekəxana insanam. Ancaq yaxından tanıyanlar əslində necə birisi olduğumu yaxşı bilir. Sadəcə, haqqımda kim nə məqsədlə yazırsa, bunu Allah bilir. Belə deyək, Allahdan qorxmaq lazımdı.

– Yox, bayaq dediyim hadisənin şahidiyəm və bu haqda da heç nə yazılmayıb. Sadəcə, fürsət gözləyirdim ki, bu haqda səndən soruşum…
– İnciklik deyəndə ki, biz Azərbaycan üçün futbol oynamışıq. Ölkəmiz naminə canımızdan keçirik. Kimsə deyə bilər ki, pul qazanırısınız. Belə deyək, kimliyindən asılı olmayaraq, əvvəlcədən özümü 2 suala hazırlayıram. Birinci sual odu ki, “nə qədər maaş alırsan”, ikinci sualı isə deməsəm, yaxşıdı. Futbolumuzun aqibəti budu. Kənardan adama gülməli görünür. Milli komandamız bir az düzələn kimi hamı deyir ki, artıq futbolumuz düzəlib. Serbiyada futbolun səviyyəsini görürsünüz, ancaq yığma komandadakı oyunçuları dünyaca məşhur klublarda çıxış edir. Deməyim odu ki, milli komandanın səviyyəsi ilə futbol ölçülməməlidi. Futbol milli çempionatla ölçülməldi. Bizim də çempionatımız belədi. Bütün futbolçularmızın legioner həyatı yaşamasını arzu edərdim.

– Yerli klublarmızda olan maliyyə böhranı göz qabağındadı. Səncə, bu hal futbolçularımızın məcburiyyətdən legioner həyatı yaşaması üçün bir təkan ola bilərmi?
– Xeyr, heç kim pula görə xaricə üz tutmur. “Kayserispor”da aldığım maaş “Qəbələ”dəkindən azdı. Ancaq bu məbləğdən imtina edib, ölkə xaricinə üz tutdum. Ona görə burdan uzaqlaşdım ki, beynimin sakit olmağını istəyirdim. Kim ki, xarici çempionatlara üz tutur, oynamaq üçün gedir. Getməyənlər isə deyir ki, “filan yerdən təklif var”. “Gəl birbaşa futbol oyna” – təklif belə olur. Düzdü, ailədən, yaxınlardan uzaq qalırsan. Ancaq bizim işimiz futbol oynamaqdı. Belə deyək, legioner kimi gedib 3 illik müqavilə bağlayıb, bu müddətdə 5-10 dəqiqə meydanda olmaq futbol oynamaq deyil. Məcburiyyətdən gedib Sinqapur çempionatında legioner həyatı yaşamaqdansa, Azərbaycanda oynamaq daha yaxşıdı.

– Xeyr, təbii ki, söhbət Sinqapurdan yox, daha səviyyəli çempionatdan gedir…
– Güclü çempionatlardan söhbət düşəndə bizi ora təklif etmirlər.

– Ən azından Belçika, Hollandiya kimi ölkələrin çempionatlarında çıxış etmək mümkün deyil?
– Hansımızı təklif etdilər? Məsələn, mənə ölkə xaricində çıxış etmişəm və bu dəqiqədə müəyyən təkliflər var. Bəzi futbolçulara da təkliflər gəlir. Ancaq yazıqlar oynaya bilmirlər. Bəziləri hazır vəziyyətdə getmir, kiminsə bəxti gətirmir və ya müxtəlif problemlər yaranır. Legioner futbolçularımızdan bizə nümunə yalnız Rəşad Sadıqovudu. Əvvələr də Nazim Süleymanov kimi oyunçularımız olub, indi də Vladiqafqazın fəxri vətəndaşıdı.

– Yayılan məlumatlara görə, “Antalyaspor”a keçirsən…
– Bu mövzu haqda danışmaq istəmirəm. Belə işlərlə menecerim maraqlanır. Ondan soruşsanız, daha yaxşıdı.

– Bəs sən özün “Antalyaspor”da çıxış etmək istəyərdinmi?
– İddialı klubda oynamağı hamı istəyər. Çempionluğa hədəfi olan klub üçün canımızdan da keçərik.

– Ola bilməz ki, mencerin səndən xəbərsiz klublarla danışıqlar aparsın…
– Düzdü, danışıqlar davam edir. Hazırda Azərbaycandayam, məşq edirəm. Menecerimlə daim əlaqə saxlayıram. Əlbəttə, danışıqlardan xəbərim var. Amma bayaq dediyim kimi, bu işlərlə menecerim məşğul olur. Ən sonda hansı komandaya getmək lazım olduğuna özüm qərar verəcəm.

– Ümumiyyətlə, xidmətində maraqlı ola klublar çoxdu?
– Bəli, Türkiyədən və digər xarici ölkələrdən təkliflər almışam. İndi ad çəksəm, fikirləşəcəklər ki, özünü reklam edir. Sonda hara keçəcəyimi hamı görəcək. Nə bilmək olar, bəlkə Azərbaycan qayıtdım.

– Yox, sənin potensialın xarici çempionatlarda oynamağa imkan verir. Yəni dediklərin özünüreklam kimi qəbul olunmaz.
– Bəs onda niyə Kamranı sındırmağa çalışırdılar? Mətbuatda bəzi əməkdaşlar var idi ki, ancaq Kamran haqqında yazırdılar. “Xəzər Lənkəran”da, “Bakı”da, “Qəbələ”də, milli komandada haqqımda müxtəlif yazılar çıxırdı. Ad çəkmək istəmirəm, amma bəzi saytlar var ki, onları sayt kimi qəbul etmirəm. Jurnalist olan şəxs öz vicdanı ilə belə insanların qarşısını almalıdı. Futbolla oyun oynayan adamlar var ki, biz onları tənqid edirik. Bir ara mətbuat mənim siqaret çəkməyimdən yazırdı. Bəli, çəkirəm, bunun kimə nə dəxli var? Şəxsi həyatımdı, düz edirəm. Kim nə deyə bilər? Amma başa düşürəm, milli komandanın futbolçusuyam. Bugünə kimi atanın oğlu idinsə, indi də xalqın övladısan, hərəkətlərinə fikir verməlisən. 29 yaşım var, siqaretin, spirtli içkinin dadını bilmirəm. Siqaret çəkdiyimi yazan insanlar da bunu bilirlər. Amma nə niyyətlə yazırlar – bilmirəm.

– Mətbuat çox şey yaza bilər. Amma sizə də dəstək olan azarkeşlər var. Onlara hazırda çox maraqlıdı ki, Kamranın gələcək karyerası necə olacaq?
– Yox bayaq qeyd etdin ki, potensialın var. Bəs onda niyə Kamranı sındırmağa çalışırlar? Niyə Allahdan qorxmular? Hər şey yaxşı yadımdadı. Məsələn, bir dəfə zədələnmişdim, əməliyyat olundum. 3 gün məşqə gəlmədim. Həmin vaxt yazılar ki, Kamran da ayağını tutub qaçdı. Hamısını öz gözümlə oxumuşam. Əməliyyatdan qayıdandan sonra gözlədim ki, bəlkə üzrxahlıq edələr, ancaq heç nə demədilər. Ona görə də heç vaxt telefonda müsahibə vermirəm. Üzbəüz nə sualınız varsa, verin. Ümumiyyətlə, dolanmaqdan ötrü çox şeyə əl atırlar. Özüm şahidi olmuşam, futbolçu yoldaşıma zəng edib deyirlər ki, “gəl səni reklam edək, bizə ayda filan qədər pul ver”. Başa düşmürəm, mətbuatla adam özünü reklam edər? Reklam odu ki, çıx meydanda öz futbolunu oyna.

– Ola bilər ki, bir emosional olmağın buna yol açır. Həm də dediyin jurnalistlər 1-2 nəfərdi.
– Hamı bilir ki, mən yalnız 90 dəqiqə ərzində çılğın oluram. Matç qutardısa, tamam fərqli biriyəm. Zarafat da edirəm, deyib gülürəm də. Haqqımda yazanlar da bunları yaxşı bilir. Sadəcə, incik qalmışam. Ona görə də heç kimə qarışmıram, hər şeydən uzağam.

– Bu, nəvaxta kimi davam edəcək?
– Futboldan gedənə kimi. İncik deyəndə ki, adamımı tanıdım. Vaxt olub ki, hansısa jurnalist yoldaşı maşınıma mindirib, yola salmışam, telefonda danışdıqlarımı sayta yazıb. Çox gülünc mənzərədi. Düzdü, oyun vaxtı emosionalam. Sadəcə, bəzi insanların etdiklərini bacarmıram. Hər şeyə göz yuma bilmirəm, cavab verirəm. Dəfələrlə belə şeylərə görə problemlər yaşamışam, amma yenə də bunu edirəm. Necə ola bilər ki, kimdənsə çəkinək, ancaq Allahdan qorxmayaq? Həyat davam edir. Şükür Allaha ki, buralardan uzağam. Futboldu, ola bilər qayıdıb çempionatımızdakı 10 klubdan hər hansı birində çıxış edərəm.

– Milli komandamızın seçmə mərhələdə üçüncülük üçün mübarizə aparacağı haqda çoxsaylı fikirlər səslənir. Razısan?
– Vuruşmasan, heç nə əldə etmək mümkün deyil. Biz Bakda Norveç və Bolqarıstana uduzmasaydıq, bu haqda nəsə demək olardı. Ancaq bu o demək deyil ki, əl-qolumuzu yanımıza salmalıyıq. Azərbaycan bizim vətənimizdi və vətənimiz üçün hər şeyi etməyə borcluyuq. Hələ bundan sonra necə oynayacağımızı bilmək olmaz.

– Necə düşünürsən, Azərbaycan yığmasının potensialı hansısa böyük bir turnirdə iştirak etməyə imkan verirmi? Heç olmasa, hər seçmə mərhələdə 3-4 qələbə qazanan Estoniya, Albaniya kimi komandaların səviyyəsinə çatmağmıza nə mane olur?
– Mənə elə gəlir ki, biz bu ölkələrdən daha güclüyük. Sadəcə, hamı bir az dəstək olsun, lazımsız şeylər yazmasınlar. Məsələn, Almaniya ilə oyundan əvvəl gəlib deyirlər ki, “neçə top buraxacaqsan?” Jurnalistin verdiyi suala baxıram, nə bilim? Acizlikdi. Düzdü, onlar favoritdi, amma bu o demək deyil ki, qapımızı qol atəşinə tutacaqlar. Yadıma gəlir, 2010-cu ildə Türkiyə ilə Bakıda və 2012-ci ildə Portuqaliya ilə səfərdə baş tutan görüşlərə çox acıqlı çıxmışdım. Deyidilər ki, “sizi sürüyəcəklər, topla döyəcəklər”. Kim nə məqsədlə yazırsa, fikirləşsin. Yəni, bu yazılarla futbolçunu sındırmaq da olur. Rəşad Sadıqov özü də etraf edir ki, son vaxtlar hamı 2 futbolçu adı çəkəndə onu və məni qeyd edirlər. Elə deyil, digərləri də futbolçudu. Çox yerdə deyirlər ki, son 10-15 ilin ən yaxşı futbolçusu Kamran Ağayev və Rəşad Sadıqovdu. Əgər belədisə, niyə haqqımda pis yazırlar?

– Bayaq Portuqaliya və Türkiyə ilə matçları qeyd etdin. Baxmayaraq ki, portuqallardan 3 top buraxmışdın, ancaq matçın ən yaxşılarından biri idin…
– Xeyr, onsuz da 0:3 uduzmuşuq. Əgər yaxşı oynasaydıq, məğlub olmazdıq. Mən yaxşı, digəri pis oynadı söhbəti yoxdu. Bu, kollektiv idman növüdü. Bunlar boş şeylərdi. 2011-ci ildə Qazaxıstana 1:2 hesabıyla uduzub Bakıya qayıdanda bizi hava limanında elə günə qoydular ki… Ancaq 9 xal yğanda hamı tamam başqa şeylər düşünürdü. Nə oldu, eyni insalarıq da.

– Amma qəbul etmək lazımdı ki, elə bir qrupda 9 xal toplamağı da çox uğurlu nəticə kimi qələmə vermək lazım deyil. Həmin vaxt daha artığını etmək mümkün idi.
– Niyə həmin vaxt qadir idik indi yox?
– Niyə həmin vaxt qadir idik indi yox?
– Məsələn, indi həmin futbolçuların oyununda eniş var. Misal olaraq, Rauf Əliyevin adını çəkmək olar.
– Bəs onda niyə Raufa dəstək olmuruq? Baltalayırıq. Çox zülm veririk futbolçulara. O, bizim futbolçumuzdu. Mən özüm nə hisslər keçirmişəm, kim bilir Rauf nələr düşünüb. İnsan əsəbi ola, pis cavab verə bilər. İnsanı gözdən salmaq lazım deyil. Məsələn, Ruslan Abışovun Luksemburqla oyundan sonrakı açıqlamasına görə haqqında nələr yazıldı. Hamısını demirəm, amma bəzi yazarlar var ki, səfərbərlik elan olunsa, heç Qarabağa vuruşmağa getməzlər. Elə ilk növbədə Ruslan əlinə silah alıb gedəcək. Özümdən misal çəkim, evdə arxamca ağlayanım yoxdu. Bu dəqiqə mənə güllə dəysə, heç ağlayanım olmayacaq, 40 gündən sonra xalqın yadından çıxacam. Peşəsindən asılı olmayaraq, bütün insanlar eynidi və hamı Allaha cavab verəcək. İnsanı sındırmağa nə var ki? İndiyə kimi heç bir qapıçı haqqında pis bir şey deməmişəm. Qapıçıların hamısı güclüdülər. Qismətdi, bu gün qapıda mən dayanıram. Sonda onu da qeyd edim bəzi mətbuat nümayəndələri var ki, mən həmin şəxslərə “qələm ağacı” deyirəm. Heç nədən asılı olmayaraq, hər zaman düzünü yazırlar. Belə insanlardan ehtiyat edirəm, onlara baxıb həsəd aparıram. Baxırsan acından ölür, 50 dəfə tutulub-buraxılır amma yenə də düzünü deyir. Bu o deməkdi ki, Allah o dünyasını verəcək.

ELMAR ABDULLA-ZADƏ