Almaniyanın “Bavariya” klubu növbəti transferini reallaşdırıb. Futbolifno.az xəbər verir ki, münhenlilər Ukrayna “Şaxtyor”undan Duqlas Kostanın keçidini həll edib.
"Pivəçilər" bu anlaşmaya görə qarşı tərəfə 30 milyon avro ödəyib. Müqavilənin müddəti isə 2020-ci ilə kimi nəzərdə tutulub. 24 yaşlı oyunçunun transferini ilk olaraq “Şaxtyor” öz rəsmi saytında açıqlayıb.
Qeyd edək ki, brazilyalı hücumameyilli yarımmüdafiəçi 2010-cu ildə ölkəsinin “Qremyo” klubundan 6 milyon avroya “şaxtaçılar”a transfer olunmuşdu.